Akademik Milli Dram Teatrının aktyoru Ziya Ağa teatrdan ayrılması barədə özünün sosial media hesabında məlumat paylaşıb.
Uvertura.az xəbər verir ki, aktyor ayrılmağının səbəbini iş qrafikinin uyğun gəlməməsi ilə əlaqələndirib:
“Teatrda bu sezon üçün düşünülən, həqiqətən də, uğurlu hesab etdiyim, teatrın gələcəyi üçün uğurlu perspektiv vəd edən planları, iş qrafiki mənim planlarımla üst-üstdə düşsə belə, iş qrafikimlə üst-üstə düşmədiyindən teatrdan ayrılmalı oldum”.