Kamilə Babayeva 22 il sonra yenidən “Zəif bənd” verilişinə aparıcılıq edəcək.
“Uvertura.az” yazır ki, bu barədə aparıcı özü məlumat verib.
Qeyd edək ki, Azərbaycanda veriliş ilk dəfə “Lider TV” tərəfindən 2001-ci ildən yayımlanmağa başlanıb. İlk aparıcısı Kamilə Babayeva olub. 2006–2011-ci illərdə veriliş dayandırılıb.
2011-ci ilin noyabrından veriliş “Lider TV”-də bərpa edilib və yeni aparıcısı Solmaz Süleymanlı olub. 2014-cü ildə isə “Zəif bənd”in yayımı yenidən dayandırılıb.