Azərbaycan rəssamlarının əsərləri Fransanın paytaxtı Parisdə Luvr muzeyində keçirilən Beynəlxalq Müasir İncəsənət sərgisində nümayiş olunur.
“Uvertura.az”-ın yerli bürosu xəbər verir ki, sərgidə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Sahib Əsədli, Təranə Seyid və Vidal Bağırovun əsərləri yer alıb.
Sərgidə azərbaycanlı rəssamlar UNESCO-nun “Beynəlxalq Mədəniyyət Diplomatiyası Assosiasiyaları”nı təmsil edirlər.
Azərbaycanlı rəssamlarının əl işlərində ölkəmizin mədəniyyəti, təbiəti və abidələri öz əksini tapıb.