Türk kinosunun əfsanəvi ulduzlarından olan Türkan Şoray 1 ay əvvəl pnevmoniyaya tutulub. Günlərdir müalicə alan aktrisa açıqlamasında sağaldığı müjdəsini verib.
Türk kinosunun sultanı kimi tanınan Türkan Şoraya aprelin 30-da sətəlcəm diaqnozu qoyulub. Müalicəsi dərhal başlayan Şoraydan şad xəbər gəldi.
Uvertura.az xəbər verir ki, Xəstəliyi səbəbindən 6-10 may tarixləri arasında keçirilən Kipr Şəhidlərini Anma və Qazilər Toplantısı proqramına qatıla bilməyən Türkan Şoray həkim müayinəsindən sonra sağaldığını açıqlayıb. İnstaqram hesabından paylaşım edərək pərəstişkarlarına müjdə verən Şoray, “Bir aya yaxın idi ki, sətəlcəm xəstəliyindən müalicə alırdım. Bu gün həkimlə görüşdən sonra, yaxşılaşdığımı dedi. Həkimlərimiz qəlblərimizin tacıdır”. Nilgün Belgün, Burcu Kara, Ajda Pekkan və Pınar Altuğ Atacan Şorayın paylaşımına münasibət bildirib.