Hollivud aktyoru Bred Pitt keçmiş həyat yoldaşı, aktrisa Ancelina Coli ilə barışmaq qərarına gəlib.
Uvertura.az xarici mənbəyə istinadən xəbər verir ki, Bred Pitt barışmaq üçün ilk addımı atıb.
Xatırladaq ki, 19 sentyabr 2016-cı ildə Ancelina Coli boşanmaq üçün ərizə verib, lakin rəsmi olaraq boşanma prosesi yalnız 2019-cu ildə yekunlaşıb. Cütlüyün altı uşağı olub, lakin yalnız üçü onların doğma övladlarıdır, digərlərini birgə övladlığa götürüblər.