Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Azərbaycanı tanıt!” layihəsi həyata keçirilib.
Uvertura.az xəbər verir ki, 1 ay müddətində davam edən layihənin əsas məqsədi beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, politologiya, ictimai siyasət, dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə təhsil alan və karyera qurmaq istəyən gənclərin bu sahədə fərdi inkişafına dəstək olmaq və yeni təcrübə biliklərinə yiyələnməkdir.
Qeyd edək ki, layihədə 16-25 yaş aralığında qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 30 gənc iştirak edib.