Dünya Xəbərləri

BƏƏ-də nadir ov şahini rekord qiymətə satılıb

Əbu-Dabidə keçirilən beynəlxalq sərgi çərçivəsində təşkil olunan hərracda nadir ağ şahin rekord qiymətə satılıb.

Uvertura.az xəbər verir ki, “Ultra-ağ” lələkləri ilə seçilən və ABŞ-da yetişdirilən şahin 2,1 milyon dirhəmə (təxminən 571 min ABŞ dolları) alıcı tapıb. Bununla da quş hərrac tarixində satılan ən bahalı şahin olub.

Sərgidə 71 ölkədən 2400-dən çox şirkət və 55 şahin yetişdirmə ferması iştirak edib.

Oxşar Xəbərlər