Mədəniyyət

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

Sentyabrın 19–20-də Şamaxının Meysəri kəndində növbəti Üzüm və Şərab Festivalı keçiriləcək.

Uvertura.az xəbər verir ki, beşinci dəfə təşkil olunan festivalda yerli şərab brendləri öz məhsullarını təqdim edəcək. Tədbirin əsas məqsədi Azərbaycanda üzümçülük və şərabçılıq ənənələrinin tanıdılması, yerli istehsalın təşviqi və turizm imkanlarının nümayişidir.

İki gün davam edəcək festival çərçivəsində ziyarətçiləri müxtəlif təqdimatlar, əyləncə və şou proqramları gözləyir.

Festivala biletləri iTicket.az vasitəsilə əldə etmək mümkündür.

Oxşar Xəbərlər