Şou-biznes

Kıvanç dünyanı gəzərək qazanacaq

Kıvanç Tatlıtuğ yeni layihə ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Uvertura.az xəbər verir ki, məşhur aktyor rəqəmsal platformalardan biri üçün səyahət və qastronomiya proqramı hazırlayacaq.

Layihə çərçivəsində Tatlıtuğ müxtəlif ölkələrə səfər edərək yerli mətbəxi, adət-ənənələri və mədəni xüsusiyyətləri izləyicilərə təqdim edəcək.

Proqramın çəkilişlərinə sentyabr ayında başlanması planlaşdırılır.

Oxşar Xəbərlər