Bu gün Azərbaycan və SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümüdür.
Parlaq səsi və səhnə mədəniyyəti ilə milyonların sevgisini qazanan sənətkar hələ gənc yaşlarından böyük uğurlara imza atıb. 1962-ci ildə Helsinkidə keçirilən VIII Ümumdünya Gənclər Festivalından medalla qayıdan Müslüm Maqomayev daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, məşhur “La Skala” teatrında təcrübə keçib.
Müslüm Maqomayev zəngin yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətində silinməz iz qoyub.
Onun sənəti və unudulmaz ifaları bu gün də milyonlarla insanın qəlbində yaşayır. Allah rəhmət eləsin!
