Dünya Xəbərləri

“Taxt oyunları”nın aktyoru “Harri Potter” serialında rol alacaq – FOTO

HBO-nun “Harri Potter” serialının ikinci mövsümünün aktyor heyətinə Kit Harinqton qoşulacaq.

Uvertura.az xəbər verir ki, “Deadline”ın məlumatına görə, “Taxt oyunları”nın ulduzu serialda Harri Potterin ikinci tədris ilində Qaranlıq sənətlərdən müdafiə müəllimi olan Zlatopust Lokons obrazını canlandıracaq.

Əvvəlcə rol üçün Nikolas Holt nəzərdə tutulsa da, aktyorun çəkiliş qrafiki layihədə iştirakına imkan verməyib.

Maraqlıdır ki, Kit Harinqton bu obrazı daha əvvəl “Harri Potter və Gizli otaq” əsərinin audio versiyasında səsləndirib. Aktyorun ikinci mövsümün çəkilişlərinə payızda qoşulacağı bildirilir.

Oxşar Xəbərlər