Tanınmış aktyor John Beasley həyat ilə vidalaşıb.
Uvertüra.az xəbər verir ki, “Everwood”, “The Soul Man” filmləri ilə məşhurlaşan aktyor 79 yaşında ikən vəfat edib. Onun vəfatına daha dəqiq nəyin səbəb olduğu isə hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, aktyor 40 yaşlarının ortalarına qədər dəmir yollarında çalışıb, daha sonra isə kino sektoruna keçid edib. Onun aktyor kimi göründüyü ilk filmi isə 1989-cu ildə yayımlanan “Rapid Fire” olub. Daha sonra “V.I. Warhawski”, “The Mighty Ducks”, “Rudy”, “Untamed Heart” və “Little Big League” filmlərində rol alıb. 1990-cı ildə isə “Brewster Place” adlı TV dramının 4 bölümündə oynayıb. “Missing Persons”, “’EZ Streets”, “Early Edition”, “The Pretender” və “Milenyum” filmlərində isə qonaq aktyor olub.