Mədəniyyət

“44” bədii filminin treyleri yayımlanıb VİDEO

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunan “44” bədii filmi tezliklə ictimaiyyətə təqdim ediləcək.

Ekran əsərində hadisələr bir kursantın baxış bucağından təqdim olunur, qəhrəmanlıq, məhəbbət və fədakarlıq mövzuları ön plana çəkilir. Süjet Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türkiyəli həkim Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimovun ətrafında qurulub.

Uvertura.az xəbər verir ki, Film Vətənin müdafiəsi uğrunda mübarizəyə qalxan bir nəslin iradəsini, döyüş ruhunu və torpaqların azadlığı naminə göstərdiyi şücaəti əks etdirir. Layihə eyni zamanda tarixi yaddaşın qorunmasına və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir.

Geniş çəkiliş coğrafiyası, texniki imkanları və beynəlxalq yaradıcı heyəti ilə seçilən filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Aktyorlar çəkilişlərdən əvvəl Xüsusi Təyinatlı Qüvvələrin təlim bazasında hərbi-taktiki hazırlıq keçiblər.

Çəkilişlər Bakı, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Gəncə, Lerik və digər bölgələrdə aparılıb.

Oxşar Xəbərlər