Mədəniyyət

6-cı “ANİMAFİLM” festivalı üçün bilet satışlarına başlanılıb

Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı sentyabrın 6-10-da Nizami Kino Mərkəzində keçiriləcək.

Uvertura.az xəbər verir ki, festival geniş proqramını açıqlayaraq bilet satışlarına başlayıb. (https://tripsome.az/az/animafilm)

Festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bilet satışlarından əldə olunacaq bütün gəlirin qadın rejissorlara dəstək məqsədilə ianə ediləcəyini bildirib.

You may also like