Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində gənc rəssam Turanə Süleymanlının “Uğura ilk addımım” adlı ilk fərdi sərgisi açılıb.
Uvertura.az xəbər verir ki, sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muzeyin direktoru Leyla Əliyeva gənc rəssamı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.