“Qaya” Dövlət Ansamblı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında hazırlanan yeni konsert proqramını təqdim edəcək.
Uvertura.az xəbər verir ki, roqramda əsərin tanınmış solo və xor nömrələri çoxsəsli estrada-caz üslubunda yeni aranjimanda səslənəcək.
“Arşın mal alan” fantaziyasının müəllifləri Xalq artisti, “Qaya” Kvartetinin solisti Rauf Babayev və “Qaya” Dövlət Ansamblının artisti, bəstəkar-arajimançı Nazim Əhmədovdur.
Layihə Üzeyir Hacıbəylinin zəngin musiqi irsini müasir səhnə və estrada-caz yanaşması ilə təqdim etməyi hədəfləyir.
