İyulun 29-da Dövlət Turizm Agentliyinin, Milli Kulinariya Mərkəzinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbiri keçirilib.
Uvertura.az xəbər verir ki, tədbirin məqsədi Qərbi Azərbaycanın qədim və zəngin qastronomiya mədəniyyəti nümunələrinin, özünəməxsus təamlarının, bölgəyə məxsus adət-ənənələrin və folklor nümunələrinin bir qismini nümayiş etdirməkdir.
ədbir zamanı Qərbi Azərbaycan mətbəxinin dərindən bilən aşpaz və qənnadçıların hazırladıqları yeməklər, o cümlədən Basus dolması, Ələyəzli xan plovu, qovurğa, sucuq, əyirdək və digər təamlar təqdim edilib və onların dequstasiyası təşkil olunub. Təqdim olunan yeməklərin tarixçəsi və istifadə olunan xüsusi inqrediyentlər haqqında Azərbaycan və ingilis dillərində məlumat verilib. Həmçinin Qərbi Azərbaycana məxsus “Tənzərə”, “Qaladan-qalaya”, “Ağbaba” yallı nümunələri nümayiş etdirilib.