Kino ulduzu Maykl Fassbender sevdiyi dörd filmin adını çəkib.
Uvertura.az championat.com-a istinadən xəbər verir ki, aktyor daha çox mafiya filmlərini bəyənir.
Belə ki, Fassbenderin dörd sevimli filmi “Xaç atası” (1972) – rejissor Frensis Ford Koppola, “Böyük Lebovski” (1998) – rejissor Ethan Koen və Coel Koen, “Bir zamanlar Amerikada” (1984) – rejissor Sercio Leone və “Yaxşı oğlanlar” (1990) – rejissor Martin Skorsezenin filmləridir.