Akif İslamzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitunu 1979-cu ildə bitirib. İstehlakçı mühasibi ixtisasına malikdir.
Uvertura.az xəbər verir ki, bu gün sənətkarın 76 yaşı tamam olur.
Mahnı oxumağa peşəkar tərzdə 1972-ci ildə başlayan Akif İslamzadə Rəşid Behbudov adına Mahnı Teatrının solisti kimi başlamışdır. Azərbaycan Dövlət Teleradio şirkətində 1976-cı ildə Tofiq Əhmədovun orkestrində işə başlayıb. Bir müddət hərbi xidmətdə olduqdan sonda Azərbaycan Dövlət Konsertinin vokalisti olub. Bakı şəhəri baş Mədəniyət İdarəsində 1992-1993-cü illər ərzində oranın rəisi vəzifəsində çalışıb. “Sarı gəlin” və “Bu gecə” mahnıları ilə xalqın diqqətini çəkmişdir.
Azərbaycanın görkəmli sənətkarı olan Akif İslamzadənin səsinin tutulması Azərbaycan xalqı və eləcə də Azərbaycan Mədəniyyəti üçün böyük faciə sayıla bilər. Buna baxmayaraq sənətkarın səsi Azərbaycan tarixində unudulmaz olaraq qalır. Oxuduğu mahnılar, ifalar Azərbaycan xalqı tərəfindən hər zaman yaşadılacaqdır. Yaşadığı illərdə bütün fəaliyyəti Azərbaycan tarixinə həkk olunub.
Akif İslamzadə 2016-cı ilin may ayını 6-sında Prezident mükafatına layiq görülmüşdür. Bundan sonda 2019-cu ildə isə Prezident təqaüdü ona təqdim edilmişdir. Özü oxuduğu illər ərzində 120-dən çox mahnı ifa etmişdir.