Litvanın Druskininkai şəhərində keçirilən Beynəlxalq Teatr festivalında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı “Kral ölür” tamaşası ilə çıxış edib.
Teatrdan Uvertura.az-a bildirilib ki, tamaşada rolları Əməkdar artistlər Elxan Abbasov ( Kral Beranje), Sevda Orucova (Qulluqçu), Kəmalə Məmmədova ( Marqarita), İlham Hüseynov ( Həkim), aktyorlar Gültəkin Mehtizadə ( Mariya), Ruslan Hüseynov (Keşikçi) canlandırıblar.