Azərbaycan yazıçısı Kamran Nəzirlinin “Sevgi ağ rəngdə olur” adlı hekayələr toplusu Təbrizin “Aydınsav” nəşriyyatında çapdan buraxılıb. Kitabda yazıçının son illər yazdığı “Yarpaqlar töküləndə”, “Sevgi ağ rəngdə olur”, “Mənim sevimli yaddaşım”, “Qara nöqtə”, “Şopenin sonatası”, “Yelləncək, süpürgəçi qadın və pişik”, habelə digər hekayələri yer alıb. Kütləvi tirajla çap olunan kitab artıq satışdadır.
Uvertura.az Azərtaca istinadən xəbər verir ki, kitabın ərsəyə gəlməsində “Aydınsav” Təbriz Nəşriyyatının müdiri və tərtibçisi Aydın Dumanın, mətnləri fars dili əlifbasına uyğunlaşdıran təbrizli şair və tərcüməçi Nurəddin Müsəddiqinin müstəsna xidməti olub.