Sentyabrın 13-də Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümü Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” tamaşası ilə açacaq.
Uvertura.az Azərtaca istinadən xəbər verir ki, səhnə əsərində Fikrət Əmirovun əsərlərindən, xalq musiqilərindən və Əməkdar mədəniyyət işçisi, tarzən Nəsib Məhərrəmovun lent yazısından istifadə olunub.