Oktyabrın 3-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı ilə Volqa-Xəzər İpək Yolu Dəhlizi üzrə ikinci illik subregional konfrans və praktik sahə seminarı işə başlayıb.
Uvertura.az xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya Federasiyası, Türkmənistan və İran nümayəndələri iştirak edirlər.