“Yalı çapkını” serialının baş rol oyunçuları evlilik yolunda ilk addım atıb.
Mert Ramazan Demir və Afra Saraçoğlu ailə arasında keçirilən kiçik məclislə nişanlanıblar.
Uvertura.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Onur Akay məlumat yayıb.
O Mertlə Afranın nişanlandığını və aktrisanın atasının mərasim üçün Amerikadan Türkiyəyə gəldiyini qeyd edib.
Xatırladaq ki, serialda Afra “Seyran Şanlı”, Mert isə “Ferit Korhan” rolunu canlandırır.