Amerika xalqının böyük əksəriyyəti NASA-nın Aya getməsinə qarşı idi. Ta ki, bu layihənin üstündən 20 il keçənə qədər.
Uvertura.az xəbər verir ki, Əgər geriyə baxsanız və NASA-nın Apollo Ay missiyalarına ictimai dəstəyin zamanla necə dəyişdiyini müşahidə etmiş olarsınız. Bununla belə, NASA Aya gedənə qədər və hətta ondan sonra da bu missiyalara ictimai dəstək inanılmaz dərəcədə aşağı idi: 1961-ci ildə Gallup sorğusuna əsasən, Con Kennedi bu layihəni gurultulu nitqlə elan edərkən belə Amerika xalqının yalnız 33%-i layihəni dəstəkləmişdi.Müqayisə üçün qeyd edək ki, ABŞ prezidenti Kennedinin populyar bəyənmə reytinqləri 1961-ci ildə təxminən 75% idi.
Qısacası, Amerika ictimaiyyətinin üçdə ikisi düşünürdü ki, Amerikanın Aya getmək cəhdi mənasızr cəhddir.Bunun ən böyük səbəbi o idi ki, Amerikanın Apollo layihəsi üçün hər bir vətəndaşdan ilk 5 il ilə ildə 225 dollar (və ya indiki pulla 2300 dollar) ödənməli idi.
Əslində, Kolumbiya Universitetinin sosioloqu Amitai Moon-Doggle: Domestic and International Implications of the Space Race adlı əsərində yazdığına görə, hətta elm adamları da Ay missiyalarını tam dəstəkləmirdilər
Bəs işlər necə olduki tərsinə döndü? Uvertura.az xəbər verir ki, Ay missiyaları ilə gələn heyrətamiz texnoloji irəliləyişlər bunu kökündən dəyişdirdi. Müasir kameraların mərkəzində olan miniatür sensorlardan tutmuş vakuumda saxlanıla bilən qidalara qədər,Hamımızın istifadə etdiyi simsiz qulaqlıqlardan bütün dünyanın enerji balansını dəyişən günəş panellərinə qədər,hər il milyonlarla insanı xilas edən CAT və MRT aparatlarına qədər, bu məqaləni indi oxumağa imkan verən elektron cihazların inteqral sxemlərindən tutmuş, onsuz heç yerə gedə bilməyəcəyimiz GPS texnologiyalarına qədər… Bunlar NASA-nın Ay missiyalarının bəşəriyyətə gətirdiyi praktiki məhsulların qısaldılmış siyahısıdır
Amma ən əsası, bu proqram hər bir amerikalıya bu qüruru yaşamaq imkanı verdi. O vaxtlar uşaq olan saysız-hesabsız gənclər; Elm, texnologiya və riyaziyyata müraciət edərək, sonrakı illərdə Amerikanın elmdə liderlik rolunu daha da artırdılar. 1960-cı illərdə fizika sahələrinə daxil olan tələbələrin sayı 57%, mühəndislik ixtisasları üzrə isə 71% artmışdır. Bütün bunların işığında Apollo proqramına və Ay missiyalarına dəstək tədricən artmağa başladı.