Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Estrada-simfonik orkestrinin Bakıda keçirilən COP29-a həsr olunan konserti keçirilib.
konsertdə səsləndirilən parlaq estrada nümunələri, teatrın solistləri İlhamə Qasımova, Taleh Yahyayev, Rövşən Qəhrəmanov, Aynur İsgəndərli, Fəxri Kazım Nicat, Mədinə Kazımova çıxış edib.
Sənətçilərin ifaları tamaşaçılara unudulmaz anlar bəxş edib.
Konsert proqramını yerli musiqisevərlərlə yanaşı, şəhərimizin qonağı olan turistlər də maraqla izləyiblər.
Orkestrin bədii rəhbəri Xalq artisti Salman Qəmbərov, dirijoru Əməkdar incəsənət xadimi Vasif Axundov və Elbəy Məmmədzadədir.