İbrahim Tatlıses, qızı Dilan Çıtak ilə yaşadığı gərginlikdən sonra bu dəfə 40 illik dostu, “Kirvəm” dediyi məşhur aktyor Metin Cantimurla arasında yaşanan mübahisə ilə diqqət çəkib.
Uvertura.az Ölkə.az-a istinadən xəbər verir ki, , Tatlıses sosial mediada uzun illər dostu olan Cantimur haqqında sərt ifadələr işlədərək, “Yemlədiyim itlərin sümüklərini kəsdiyim zaman hürməyə başladılar” deyib.
Cantimurun isə Tatlısesin bu sərt açıqlamasına cavabı çox gecikməyib. O, “Başqalarının böhtanları ilə öz nüfuzunu gizlətməyə çalışan dosta salam olsun. Mən danışsam, nə onun ətrafındakılar, nə də özü bir daha danışa biləcək”, – deyə bildirib.
Cantimur əlavə edib ki, 40 illik dostluq, Tatlısesin ətrafında maraqları naminə onu təsir altına alan insanların və onların qurduqları məkrli planların nəticəsi olaraq sona çatıb. O, həmçinin bildirib ki, Tatlıses bu gün ətrafında olan insanların kuklasına çevrilib.
Bu gərginlik, iki məşhur sima arasında böyük rezonans doğurub və hamı, bu mübahisənin necə nəticələnəcəyini maraqla izləyir.