Moskva Millətlər Evində, kəlağayı sənətinin və simvolikasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə “Qədim Azərbaycan adət-ənənələrinin dirçəlişi – Kəlağayı yaylığı” adlı təntənəli ədəbi-musiqili tədbir təşkil edilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki,Tədbirdə Azərbaycan kəlağayıları, suvenirlər və dekorativ sənət nümunələrindən ibarət sərgi təşkil olunub, həmçinin ənənəvi yaylıqların nümayişi ilə moda nümayişi keçirilib.