Məhşur türkiyəli sənətkar İbrahim Tatlıses son vaxtlar sağlamlıq problemləri ilə gündəmdədir.
Uvertura.az xəbər verir ki, silahlı hücum nəticəsində qismən iflic olan Tatlıses yerimək üçün fizioterapiyaya başladığını açıqlayıb.
“Yenidən yeriyəcəyimə inanıram. Dualarınızı əsirgəməyin”, – sənətçi qeyd edib.
İnstaqram hesabından açıqlama verən Tatlısəs, “Hocaçla yenidən seanslara başladıq. Allah hər kəsə şəfa versin, sağalacağıma inanıram. Dualarınızı əksik etməyin” deyib