Yaponiyada yaşayan həmyerlimiz Minarə Şükürova, ölkəmizi Tanabe şəhərində keçirilən “Lifelong Learning Festival” (“Ömürboyu Öyrənmə Festivalı”) tədbirində təmsil edib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, hər ilin noyabr ayında təşkil olunan bu festivalın məqsədi yerli əhaliyə müxtəlif mədəniyyətləri öyrənmə imkanları təmin etmək və şəhərdə həyata keçirilən təhsil layihələri haqqında vətəndaşları geniş məlumatlandırmaqdır.
Həmyerlimiz bu il festivalda Azərbaycan xalçalarına həsr olunmuş bir guşə təşkil edib, təqdimat hazırlayıb və yüzdən çox yerli qonağa, xüsusilə də məktəblilərə ölkəmizin müxtəlif bölgələrinin xalçaları haqqında geniş məlumat verib. Azərbaycan guşəsini milli xalçalar və digər milli atributlarla bəzəyən Minarə Şükürova, qonaqlara xalçalarımızın UNESCO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısına daxil edilməsi və Bakıda fəaliyyət göstərən Milli Xalça Muzeyi barədə də məlumat verib.