Dekabrın 4-də Bakıdakı Kamera və Orqan Musiqisi Zalında, Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə (bədii rəhbər və baş dirijor: Xalq artisti Fəxrəddin Kərimov), orqan ifaçısı Nigar Qəhrəmanova solo çıxış edəcək.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, növbəti konsert 13 dekabrda Kamera və Orqan Musiqisi Zalında keçiriləcək. Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə baş tutacaq tədbir, Almaniyada yaşayan məşhur orqan ifaçısı və bəstəkar Arif Mirzəyevin yubileyinə həsr olunub.
Solist kimi Rusiya, Kalininqrad kafedral kilsəsinin orqan ifaçısı Yevgeni Avramenko iştirak edəcək. Konsertdə İ.S. Bax və A.Mirzəyevin əsərləri ifa ediləcək.