Türkiyənin məşhur aktyoru Selçuk Yöntemin həyatına həsr olunmuş sənədli film çəkilir.
Uvertura.az xəbər verir ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat verib.
“Selçuk bey yes man” adlı sənədli film 100 dəqiqəlik bir ekran işi olacaq.
Berlin, London, Köln, Bodrum, Kipr, Ankara və İstanbulda çəkilən sənədli filmdə Beren Saat, Hazal Kaya, Hilal Saral, Oktay Kaynarca kimi bir çox tanınmış şəxs Selçuk Yöntemlə bağlı xatirələrini paylaşacaq.
Çəkilişləri yaxın zamanlarda tamamlanacaq və layihə rəqəmsal platformada yayımlanacaq.
Xatırladaq ki, Selçuk Yöntem “Kurtlar Vadisi” serialındakı “Aslan Akbey” və “Aşk-ı Memnu” serialındakı “Adnan” obrazları ilə yaddaşlarda qalıb.
Əvvəllər isə Adilə Naşit, Barış Manço kimi əfsanələrin də həyatına dair filmlər çəkilib.