Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri, məşhur britaniyalı aktyor Teo Ceyms, BMT-nin Müxbirlər Assosiasiyası (UNCA) tərəfindən təşkil edilən mükafatlandırma mərasimində Azərbaycana etdiyi səfərdən danışıb.
Uvertura.az Report-a istinaən xəbər verir ki, Teo Ceyms BMT-nin nümayəndələrinin və diplomatların iştirak etdiyi gecədə çıxış edərək, bu il Azərbaycanda keçirilən COP29-da iştirakını qeyd edib. O, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizəyə dair Bakıda keçirilən əhəmiyyətli görüşlərdən bəhs edib.
Aktyor, ölkəmizdə keçirdiyi vaxtın çox faydalı və gözəl olduğunu vurğulayaraq, Azərbaycan xalqına sevgi dolu sözlər ünvanlayıb.
Həmçinin, UNCA mükafat gecəsində Teo Ceyms “İlin Qlobal Vətəndaşı” mükafatına layiq görülüb.