Yanvarın 13-də Əli və Ninonun məşhur sevgi hekayəsinin əks olunduğu unikal bir atmosferdə “Sevgi odası” adlı möhtəşəm bal təşkil olunacaq.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, bu bal Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının immersiv tamaşa formatında Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq.