“Baş verən cərəyan məni çox çaşdırır. Gəncləri, gələcəyi düşünürəm. Çünki gələcəyimiz gənclərdir, dünyanı idarə edən insanlardır. Ona görə də gördüyüm hadisələrdən, oxuduqlarımdan, rastlaşdıqlarımdan çox qorxuram”.
Uvertura.az Ölkə.az-a istinadən xəbər verir ki, bu fikirləri Xalq artisti Afaq Bəşirqızı “Pərvizə görə” verilişində bildirib.
O, cəmiyyətin problemləri ilə bağlı narahatlıqlarını belə ifadə edib:
“Mənə elə gəlir ki, milli mentalitet və qeyrət artıq yalnız simvolik olacaq. Sən Azərbaycan kişisi dedin, amma mütrifi demədin. Kişi öz ailə məsələlərini efirə çıxararmı, efirdə danışarmı? Ailə məsələsini camaatın qarşısında ictimailəşdirməz. Özü də harada? Verilişlərdə”.