Grammy mükafatlandırma mərasimində heç bir mükafata layiq görülməyən müğənni Billie Eilish, özünü saxlaya bilməyib.
Uvertura.az xəbər verir ki, Billie Eilish bu il 7 namizədliklə iştirak edirdi, lakin heç birini qazana bilmədi. Son olaraq ilin albomu mükafatının sahibi açıqlananda, bu mükafatı da ala bilmədiyini görən müğənni göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, bir neçə il əvvəl, 2020-ci ildə o, 5 Grammy mükafatı ilə tarix yazmışdı.