Tanınmış müğənni Xatirə İslam, instaqram hesabında paylaşım edərək həmkarı və dostu Nicat Məhərrəmlinin onun adından dələduzluq etdiyini iddia edib.
Uvertura.az xəbər verir ki, Xatirə İslam paylaşımında Nicatın ona aid olmadan insanlardan beh alıb, sonradan isə toylarda iştirak etməyəcəyini bildirərək, müxtəlif sənət yoldaşları və dostları ilə borc məsələsi barədə əlaqə saxladığını qeyd edib. Xatirə, Nicatın ailəsinin də bir neçə dəfə ona dəstək olduğunu və hətta anası Yaqut xanımın onun borclarına görə qızıllarını satdığını bildirib. Müğənni, buna baxmayaraq, Nicatın hələ də onun adından beh alaraq sənətinə zərər verdiyini vurğulayıb.
Nicat isə Xatirənin paylaşımına şərh yazaraq, etdiyi səhvi etiraf edib və üzr istəyib. O, Xatirəyə bacı kimi dəstək olduğu üçün təşəkkür edib və etdiyi səhvin böyük olduğunu bildirib.
Bundan sonra Xatirə İslam, şərh bölməsini bağlayıb və məsələ ilə bağlı müzakirələri sona çatdırıb.
Nicat Məhərrəmli öz instaqram hesabında da paylaşım edərək, həyatın çətin və keşməkeşli olduğunu, bəzən haqlı, bəzən isə haqsız olduğunu bildirib. O, üzləşdiyi səhvləri qəbul etdiyini və hər şeyin yaxşı olacağına ümid etdiyini qeyd edib.