Filippinin paytaxtı Manila şəhərindəki Beynəlxalq Məktəbində mədəniyyət festivalı keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, festivalda 30-dan çox ölkənin mədəniyyəti, adət-ənənələri və milli yeməkləri nümayiş etdirilib.
Azərbaycan diasporu Filippində keçirilən tədbirə 23 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Qonaqlara milli mətbəximizdən yarpaq dolması, kələm dolması, ləvəngi, kükü, Qarabağ kətəsi, dovğa və digər yeməklər təqdim edilib. Xüsusilə yarpaq dolması və dovğa böyük maraqla qarşılanıb.
Azərbaycan stendində xalçalar və milli ornamentlərlə bəzədilmiş suvenirlər sərgilənib, ziyarətçilərə ölkəmiz haqqında geniş məlumat verilib.