AYID – Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası, Macarıstandakı Azərbaycan Respublikasının səfirliyinin dəstəyi ilə Pécs EXPO Mərkəzində yaddaqalan Beynəlxalq axşam tədbiri təşkil edib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, mədəni müxtəlifliyi qeyd edən bu tədbirdə Azərbaycan və Türkiyənin zəngin ənənələri nümayiş olunub. İştirakçılar Azərbaycan plovu, paxlavası və digər ləziz yeməklər vasitəsilə bu ölkələrin mətbəxi və irsi ilə yaxından tanış olublar.
Gecəyə xüsusi rəng qatan musiqi və rəqs nömrələri insanları bir araya gətirərək, qlobal mədəniyyətlərə qarşı həmrəylik, anlayış və hörmət hissini daha da gücləndirib.