Türkiyəli müğənni və aktyor Özcan Dəniz bu dəfə fərqli bir məsələ ilə gündəmə gəlib – onun barəsində istintaq başladılıb.
Uvertura.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sarıyerin Uskumruköy kəndində qorunan əraziyə daxil olan torpaq sahəsində ona məxsus üç villada icazəsiz hovuzlar, əlavə qapalı sahələr və qarajların yaşayış sahəsinə çevrildiyi müəyyən edilib.
Sənətçi “tikintidə çirklənməyə səbəb olma” və “Mədəni və Təbii Sərvətlərin Mühafizəsi haqqında Qanunu pozma” ittihamları ilə istintaqa cəlb olunub və martın 5-də prokurorluğa çağırılıb.