Aktrisa Pərvin Abıyeva həmkarı, rejissor Kənan Mahmudov haqqında danışıb.
Uvertura.az Olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə qonaq olduğu “Xəbərin var?” maqazin verilişində açıqlama verib.
Pərvinin sözlərinə görə, Kənanla əvvəlki kimi yaxın dost deyillər:
“Kənanla biz çox yaxşı hətta ailəvi dost olmuşuq. İndi də münasibətimiz var. Mənim ən çox Kənanın xanımı Aygünlə yaxşı və sıx münasibətim var. İndi münasibətlərimiz soyuyub. Kənan hərdəmxəyal adamdır. Onun sağı – solu bəlli deyil. Amma dostluğu yaxşı bacarır. Ümumiyyətlə incəsənət adamlarının sağı-solu bəlli deyil. Yaradıcı insanlar bir çox düşüncəyə düşə bilirlər və fərqli olurlar”.