Şou-biznes

Gənclərin oxuduğu mahnıları anlamıram – Nadir

Müğənni Nadir Qafarzadə qonaq olduğu “İncə səhər” verilişində musiqi ilə bağlı fikirlərini bölüşüb. O, məclislərdə səsləndirdiyi mahnıların gənclər tərəfindən də ifa edildiyini bildirib və bunun həmin mahnıların hələ də yaşadığını göstərdiyini vurğulayıb.

Uvertura.az Olay-a istinadən xəbər verir ki, sənətçi gənc həmkarlarının ifalarının uzun müddət yadda qalmayacağını qeyd edib.

Onun sözlərinə görə, bu gün bəzi mahnılar bir neçə il deyil, hətta bir ildən sonra belə unudulacaq. O, dinləyicilərin yenidən peşəkar sənətkarların repertuarına üz tutduğunu bildirib. Qafarzadə müasir musiqi tendensiyalarına tənqidi yanaşaraq, bəzi müğənnilərin ifalarının zamanla dəyərini itirəcəyini vurğulayıb.

You may also like