Baku TV-nin “Qapqara” verilişinin yeni buraxılışı tamaşaçılara təqdim edilib.
Uvertura.az xəbər verir ki, proqramın qonağı müğənni İradə İbrahimova olub.
Sənətdən uzaqlaşdığına görə peşman olmadığını bildirən müğənni bunun onu daha da müdrikləşdirdiyini vurğulayıb. O, sosial medianın yayılması ilə sənət aləmində çox şeyin dəyişdiyini və səhnənin yad insanlarla dolduğunu qeyd edib. Azərbaycanda qalsaydı belə, sənətdən uzaqlaşacağını deyən İbrahimova, bu qərarının həyatında yeni bir səhifə açmasına səbəb olduğunu bildirib.
Müğənni kişi-qadın münasibətlərindən də danışaraq, xanımların hər zaman kişilərə dəstək olmalı olduğunu vurğulayıb. O, bəzi hallarda qadınların kişidən bir addım geridə dayanmağı bacarmalı olduğunu qeyd edərək, ailə içində balansın qorunmasının vacibliyini bildirib. Qadının kişiyə hər zaman dəstək olmalı olduğunu vurğulayan İbrahimova, münasibətlərdə müəyyən sərhədlərə riayət etməyin önəmli olduğunu deyib.