Türkiyənin tanınmış aktyoru Ahmet Levendoğlu 80 yaşında dünyasını dəyişib.
Uvertura.az xəbər verir ki, bu barədə məlumatı onun sənət dostu Yıldırım Şahinler paylaşıb.
Aktyorun vəfat səbəbi hələlik açıqlanmayıb. Mərhumun aprelin 8-də dəfn olunacağı bildirilib.
Qeyd edək ki, Ahmet Levendoğlu “Min bir gecə”, “Kiçik qadınlar” və “Qara çörək” kimi məşhur teleseriallardakı rolları ilə tamaşaçılara yaxşı tanış idi.