Mədəniyyət

Milli Xalça Muzeyində “İkinci həyat” sərgisi açılacaq

Aprelin 17-də Azərbaycan Milli Xalça Muzeyində “İkinci həyat” adlı xalça üzərində rəsm sərgisi açılacaq.

Muzeydən Uvertura.az-a verilən məlumata görə, Arts Council Azerbaijan və Milli Xalça Muzeyinin təşkilatçılığı, European Crafts Alliance və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin müəllifi Sona Quliyevadır.

Layihənin əsas məqsədi Azərbaycan xalça sənətinin qorunması, onun müasir incəsənət kontekstində yenidən ifadə olunması, eyni zamanda, ekoloji şüurun inkişafı, təkrar istifadənin sənət vasitəsilə təşviqidir. Qarşıya qoyulan əsas hədəf isə yerli rəssamlarla yanaşı, beynəlxalq sənət ictimaiyyətini bu yaradıcılıq prosesinə cəlb etmək, xalqımızın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olan xalça sənətini dünyada daha geniş tanıtmaqdır.

You may also like