Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun futbolçusu Kriştiano Ronaldo və məşhur rejissor Metyu Von “UR•Marv” adlı birgə kinostudiya yaradıblar.
Uvertura.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.
“Bu, mənim üçün maraqlı bir başlanğıcdır, çünki biznesdə yeni başlanğıcları səbirsizliklə gözləyirəm”,- deyə Ronaldo açıqlama verib.
Bildirilir ki, Von və Ronaldonun “UR•Marv” vasitəsilə birlikdə maliyyələşdirdiyi və istehsal etdiyi iki tamamlanmış döyüş filmi və aktiv inkişafda olan üçüncü film, hamısı eyni seriyanın bir hissəsidir. İlk filmin təfərrüatları tezliklə açıqlanacaq.