Qılman Musayev Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsində təhsil alıb.
Bakı Dövlət Universitetində, “Gənc işçi” qəzetində, “Azərbaycan” jurnalında, “Uşaqgəncnəşr”, “Azərnəşr” nəşriyyatlarında çalışıb. Yaradıcılığa “Yaralı şəhər” hekayəsi ilə başlayan yazıçı “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə”, “Dağlı məhəlləsi”, “Dəniz qapısı”, “Madam Qədri” və s. kitabların müəllifidir. “Kölgələr sürünür”, “Yenilməz batalyon” bədii filmlərinin və bir neçə televiziya filminin ssenarisini yazıb. Qılman İlkin müxtəlif medallarla təltif edilib, “Əməkdar incəsənət xadimi”, “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.
Uvertura.az xəbər verir ki, görkəmli yazıçı 2009-cu ildə vəfat edib.