Şou-biznes

Gigi Hadid və Bredli Kuperin nişanlanıb?

Dünya şöhrətli model Gigi Hadid və amerikalı aktyor Bredli Kuperin nişanlandığı barədə xəbərlər yayılıb.

Uvertura.az xəbər verir ki, Nyu-Yorkda 30 yaşını qeyd edən modelin barmağındakı üzük diqqət çəkib. Xarici KİV-in məlumatına görə, Hadid gecəyə 50 yaşlı sevgilisi Kuperlə əl-ələ qatılıb və barmağındakı üzüyün nişan üzüyü olduğu ehtimal edilir.

Qeyd edək ki, Gigi Hadid bir müddət müğənni Zeyn Maliklə münasibətdə olub və bu münasibətdən 2021-ci ildə bir qız övladları dünyaya gəlib. Hadid daha sonra aktyor Leonardo Di Kaprio ilə də sevgili olub.

Bredli Kuper isə model İrina Şeyklə münasibətindən Lea De Seine adlı bir qıza sahibdir. Onlar ayrılsalar da, mütəmadi olaraq görüşür və birlikdə istirahət edirlər.

You may also like