Türkiyənin İstanbul şəhərində Azərbaycan Kino Günləri keçiriləcək.
Uvertura.az Reporta istinad edir ki, kino günləri Azərbaycan və Türkiyə Mədəniyyət nazirliklərinin birgə layihəsi olaraq gerçəkləşdiriləcək.
“Azərbaycan Kino Günləri” respublikamızın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.