Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyi və Üzeyir Hacıbəylinin ev-muzeyinin dəstəyi ilə paytaxtın musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano ixtisası üzrə ustad dərsi keçirilib.
Mərkəzdən uvertura.az-a bildirilib ki, görkəmli Azərbaycan bəstəkarı, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunan ustad dərsi dahi bəstəkarın ev-muzeyində İtaliyanın tanınmış yapon əsilli pianoçusu Elena Chiavegato tərəfindən aparılıb.